Moskvada minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb

Moskvada minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb

Moskvanın şimal-qərbində minik avtomobili yük maşını ilə toqquşub.

SİA “İnterfax”a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Qəza yerli vaxtla 17:40-da, “M-9 Baltia” magistral yolunun 159-cu kilometrliyində, Tver əyaləti ilə sərhəd ərazidə qeydə alınıb.

Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin (DYM) yaydığı rəsmi xəbərdə hadisənin “KİA” markalı minik maşınının qarşıdan gələn yük avtomobilinin yoluna çıxması nəticəsində baş verdiyi bildirilib.

Hadisə yerinə DYM-nin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə