“Ermənistan hərəkət qabiliyyətini itirib” RƏY-ÖZƏL

“Ermənistan hərəkət qabiliyyətini itirib” RƏY-ÖZƏL

"Qoşulmama Hərəkatının qəbul etdiyi qətnamə beynəlxalq hüquq normalarına uyğundur". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu Azərbaycanın hərəkat çərçivəsində həyata keçirdiyi fəaliyyətin məntiqi nəticəsidir, Qoşulmama Hərəkatının Azərbaycanla həmrəyliyinin əlamətidir, Qoşulmama Hərəkatının Ermənistanın təcavüzkar ölkə olmasını tanıdığının göstəricisidir: "Ermənistanın bu gün keçirdiyi isterik vəziyyətin səbəbi, 120 dövləti tərəfindən Qarabağ probleminin həqiqi mahiyyətinin etiraf olunması və Ermənistanı işğalçı dövlət adlandırılmasıdır. Ermənistanın yaşadığı isterikanın kökündə dayanan məsələlərdən biri də siyasi prespektivdə olan biləcək real hadisələrdir, ən azı odan ibarətdir ki, 120 dövlət Azərbaycanın təcavüzə məruz qaldığını və Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edirsə, demək gələcəkdə Ermənistan Qoşulmama Hərəkatına üzv olmağa çalışsa çox ciddi müqavimət və suallarla rastlaşacaq. Azərbaycanın haqq işinin tanınması o deməkdir ki, ən azı 120 dövlətin dəstəyi ilə Xocalı Soyqırımını dünyada genosid olaraq tanıtmaq prespektivi və imkanları yarandı. Ən azı 120 dövlətin dünyada Azərbaycana verdiyi dəstəklə Ermənistanın geniş beynəlxalq manevri imkanlarının məhdudlaşdırılması kimi bir prespektiv var. Yəni Azərbaycan ən azı 120 dövlətin iştirakı ilə gələcəkdə Ermənistanın beynəlxalq münasibətlər sistemində hər hansı bir addımını ciddi şəkildə məhdudlaşdırmaqla bloklamaq imkanına malikdir. Buna görə Ermənistanın xarici işlər nazirliyinin verdiyi reaksiya əsaslıdır, bu Ermənistanın vəziyyəti üçün yaranmış olan böyük təhlükədən xəbər verir. Amma reaksiyanı belə isterik və qeyri etik formada, beynəlxalq hüquq və beynəlxalq münasibətlərin norma və prinsiplərinin tam pozulması şəraitində həyata keçirilməsi həqiqətən Ermənistanın təcavüzkar, qeyri etik davranışlara malik bir ölkə olduğunu sübut edib. Həmi də bu amil Ermənistanın çarəsizliyini nümayiş etdirir və Ermənistanın əslində soyuqbaşla, xarici siyasətdə soyuqqanlı mühakimə və hərəkət qabiliyyətini itirdiyini ifadə edir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə