Güclü yağış yağdı 12 nəfər öldü

Güclü yağış yağdı 12 nəfər öldü

Yaponiyada yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, bir nəfərin isə itkin düşdüyü bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tiba prefekturasında 11 nəfər, Fukusimada isə bir nəfər ölüb.

Bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, Yaponiyanın şərq və şimal-şərq bölgələrinə güclü yağış yağıb. Daşqın bölgəsində 2 min insan təxliyə edilib. On minlərlə insanın təxliyyə edilməsi qərarı verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə