Ərdoğan: "Biz Suriya torpaqlarına qalmağa yox, o torpaqları terror təhlükəsindən təmizləmək üçün getdik”
“Rusiya rəsmilərindən aldığımız məlumatlara görə, hazırda terrorçular tamamilə ərazidən çəkiliblər. Biz Suriya torpaqlarına qalmağa yox, o torpaqları terror təhlükəsindən təmizləmək üçün getdik”.
SİA xəbər verir ki, 29 oktyabr Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə Ankaradakı Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində keçirilən bayram tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri bildirib.
Prezident deyib ki, ABŞ-la 120 saatlıq, Rusiya ilə 150 saatlıq razılaşma müddəti başa çatsa da, sabahdan yenə də Suriya mövzusunda fəaliyyətlər, görüşlər davam edəcək: “Bununla da “Barış bulağı” əməliyyatını yekunlaşdırmaq cəhdləri içərisindəyik. Qərb ölkələri ilə də görüşlərimiz olacaq. Mən də daxil olmaqla, xarici işlər nazirimiz, müdafiə nazirimiz, milli təhlükəsizlik qurumumuz, baş qərargah rəisimiz səviyyəsində görüşlər davam etməkdədir. Həm Türkiyə, həm də ölkəmizlə sərhəddə olan Suriya sərhədlərini ən qısa zamanda terrorçuardan tam təmizləyəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB