Şimali Kiprdə təlim təyyarəsi qəzaya uğrayıb

Şimali Kiprdə təlim təyyarəsi qəzaya uğrayıb

Şimali Kiprin Geçitkale Aeroportu yaxınlığında təlim təyyarəsi qəzaya uğrayıb.

SİA xəbər verir ki, oktyabrın 29-da günorta saatlarında baş verən qəzada pilot və təlim keçən şəxs həyatını itirib. Təyyarənin Şimali Kipr Aviasiya Hava Sport Federasiyasına məxsus olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə