Livanın Baş Naziri Saad Hariri koalisiya kabinetinin rəhbəri postundan istefa vermək qərarına gəldiyini elan edib. Saad Hariri “Al Mayadeen” televiziyasının canlı yayımladığı müraciətində istefa barədə ərizəsini dövlət başçısına təqdim etmək üçün prezident sarayına yollanacağını deyib. “Mən bir çox livanlının istəyini həyata keçirmək üçün hökumətin istefası barədə xahişi Prezident Mişel Auna çatdırmaq məqsədilə Baabda sarayına gedirəm. Mənim istefam prezidentin sərəncamında olan məsələdir”, - deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, böhrandan çıxış yolu tapmağa və xalqın tələbinə cavab verməyə çalışsa da, bütün cəhdləri dalana dirənib. Hariri livanlıları sülhü qorumağa və iqtisadi vəziyyətin ağırlaşmasına yol verməməyə səsləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB