Tramp İŞİD rəhbərliyinə bir nömrəli namizədin məhv edildiyini bildirib

Tramp İŞİD rəhbərliyinə bir nömrəli namizədin məhv edildiyini bildirib

ABŞ Prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının rəhbərliyinə bir nömrəli namizədin məhv edildiyinin təsdiqləndiyini bildirib. SİA xəbər verir ki, Ağ evin başçısı bu barədə məlumatı Twitter səhifəsində elan edib: “İndicə təsdiqlənib ki, Amerika hərbçiləri Əbu Bəkr əl-Bağdadinin yerinə bir nömrəli namizədi də öldürüblər”. Bununla yanaşı, Donald Tramp onun adını və nə vaxt öldürüldüyünü açıqlamayıb.

Xatırladaq ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ötən həftənin sonunda Suriyanın İdlib əyalətində xüsusi əməliyyat zamanı öldürüldüyü bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə