Yük qatarı ilə minik maşını toqquşdu ölənlər var

Yük qatarı ilə minik maşını toqquşdu ölənlər var

Misirin cənubunda yük qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb. SİA-nın xəbərinə görə. Bu barədə Misirin "Əl-Məsri əl-Yum" portalı məlumat yayıb.

Məlumata görə, hadisə minik avtomobilin dəmir yolunu səhv yerdən keçməsi nəticəsində baş verib. Hadisə nəticəsində zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə