İraq parlamenti konstitusiya dəyişikliyinə "hə" dedi

İraq parlamenti konstitusiya dəyişikliyinə "hə" dedi

İraq Nümayəndələr Məclisi konstitusiyanı dəyişdirmək üçün müvafiq komitə yaratmaq qərarı verərək dövlət məmurlarının bütün imtiyazlarını ləğv edib. TASS-a istinadən xəbər verir ki, sözügedən komitə yeni konstitusiya barədə təkliflərini dörd ay ərzində təqdim etməlidir.

Bununla yanaşı, deputatlar bütün əyalət məclislərini buraxmaq qərarını da veriblər. Yeni seçkilər keçirilənədək yerli hakimiyyət orqanlarına parlamentin müvafiq üzvləri tərəfindən nəzarət ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə