ATƏT-in Nazirlər Şurasının 26-cı görüşünün vaxtı bilinib

ATƏT-in Nazirlər Şurasının 26-cı görüşünün vaxtı bilinib

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşünün vaxtı bəlli olub. SİA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşü dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq.

Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbuletmə və idarəetmə orqanıdır. İllik iclasda ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri Avroatlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini, eləcə də təşkilatın bütün fəaliyyət sahəsindəki işlərini nəzərdən keçirir və qiymətləndirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə