Rusiya mini casus vertolyot istehsal edib

Rusiya mini casus vertolyot istehsal edib

Rusiya kəşfiyyat və xüsusi təyinatlılar üçün uzaqdan idarə olunan kiçik vertolyot istehsal edib. SİA-nın "Ria-Novosti" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, "Nelk" şirkətinin hazırladığı pilotsuz vertolyota "Bumeranq" adı verilib.

 

Agentliyə açıqlama verən "Nelk" şirkətinin nümayəndəsi Sergey Litvinyuk pilotsuz kəşfiyyat vertolyotunun uzaqdan idarə olunmaqla 500 metrə qədər uca bildiyini deyib. Vetolyotdakı kameranın əldə etdiyi məlumatları sürətlə mərkəzə ötürmək mümkündür. Şirkət rəsmisi "Bumeranq"ın yalnız hərbçilər üçün deyil, gömrük işçiləri üçün də faydalı olacağını deyib. O, bu vertolyotla gömrük qaçaqmalçılığı ilə mübarizə aparmağın mümkün olacağını vurğulayıb.

 

"Bumeranq" obyekti üç kilometrdən müşahidə etmə imkanına sahibdir. Çəkisi isə təxminən 2,5 kiloqramdır.

Bütün xəbərlər Facebook səhifəmizdə