İngiltərədə bəzi evləri su basdı

İngiltərədə bəzi evləri su basdı

İngiltərənin bəzi bölgələri sel suları altında qalıb. SİA xəbər verir ki, Midlands və Hirford ərazisindəki evləri su basdığı üçün sakinlər qayıqlarla ərazidən uzaqlaşdırılıb. Şropşayr, Hirfordşayr, Staffordşayr, Vorvikşayr və Vorsterşayrə gedən yollar bağlanıb.

Sel dəmiryolu xidmətlərinə də təsir göstərib. Hirford və Nyuport arasındakı dəmir yolu xətti fəaliyyətini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə