Pakistan Hindistanın baş nazirinin təyyarəsini hava məkanından buraxmadı
İslamabad Hindistanın baş nazirinin olduğu təyyarənin üçüncü ölkəyə uçması üçün Pakistanın hava məkanından istifadəyə icazə verməyib. SİA xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər naziri Şah Mehmud Qureşi açıqlama yayıb.
Pakistanın “Aaj” telekanalı bildirir ki, İslamabad belə bir qərar Hindistanın Cammu və Kəşmir bölgələrində törədilən “insan haqlarının kobud şəkildə pozulması” ilə əlaqədar qəbul edib. Bu məlumat əsasında Pakistanın Xarici İşlər Nazirliyi Hindistan tərəfinə müvafiq yazılı bildiriş göndərmək niyyətindədir.
Qeyd edilir ki, Hindistan buna qədər baş nazirin təyyarəsinin keçə bilməsi üçün Pakistana müraciət də ünvanlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB