Serbiya hökuməti ilə Avrasiya İqtisadi Birliyi arasında Azad Ticarət Zonası barədə sözləşmə imzalanıb

Serbiya hökuməti ilə Avrasiya İqtisadi Birliyi arasında Azad Ticarət Zonası barədə sözləşmə imzalanıb

Serbiya hökuməti ilə Avrasiya İqtisadi Birliyi arasında Azad Ticarət Zonası barədə sözləşmə imzalanıb. Sözləşməyə əsasən Serbiya birliyə üzv ölkələr- Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan ilə azad ticari münasibətlər yaradacaq.

SİA xəbər verir ki, sözləşmə Moskvada Serbiyanın Baş Naziri Ana Brnabiç tərəfindən imzalanıb. Avropa Birliyinə üzv olmaq üçün namizədliyini saxlayan Serbiya hökuməti, eyni zamanda, bildirib ki, üzv olacağı təqdirdə sözügedən sözləşmə ləğv olunacaq.

Serbiya müvafiq sözləşməni Türkiyə və CEFTA (Mərkəzi Avropa Azad Ticarət Birliyi) ilə də imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə