Bu gün Honkonqda yenidən etiraz aksiyaları başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi verdiyi xəbərə görə, aksiyaçılar şəhərdə Kosmos muzeyinin qarşısına toplaşıblar.
Yarım saat sonra hadisə yerinə polis qüvvələri cəlb edilib. Aksiyaçılar polisə müxtəlif predmetlər atıb, təhqiramiz ifadələr səsləndiriblər. Polis aksiyaçıları dağıtmaq üçün rezin dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 5 aydır ki, davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB