Hökumət istefaya gedir Çilidə

Çilidə kütləvi aksiyalar fonunda Prezident Sebastyan Pinera bütün nazirlərdən istefa verməyi xahiş edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çili Prezidenti bildirib ki, yeni reallıq yaranıb.

S.Pinera vəziyyət imkan verərsə, fövqəladə vəziyyət rejimini də ləğv etmək niyyətində olduğunu açıqlayıb. Latın Amerikasının ən stabil ölkələrindən sayılan Çilidə aksiyalar oktyabrın ortalarında başlayıb. Buna səbəb ictimai nəqliyyatda gediş haqlarının qaldırılması, iqtisadi durum və sosial problemlər olub. Aksiya sürətlə bütün ölkəni əhatə edib.

Oktyabrın 25-də ölkənin bir neçə şəhərində milyondan çox insan aksiyalara qatılıb. Aksiyaçılar əməkhaqqı və pensiyaların qaldırılmasını, dərman vasitələrinin qiymətlərinin azaldılmasını, Konstitusiya islahatlarının keçirilməsini tələb ediblər. Sonradan bu tələblər sırasında dövlət başçısının istefası da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə