Çinin Sıçuan əyalətində kömür mədənində uçqun baş verib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, uçqun nəticəsində 4 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşmüş sayılır. İtkin düşən şəxsin axtarışları davam etdirilir. Hadisənin baş vermə səbəbləri açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB