Rusiyada baş vermiş ağır yol qəzasında biri uşaq olmaqla 4 nəfər ölüb

Rusiyada baş vermiş ağır yol qəzasında biri uşaq olmaqla 4 nəfər ölüb
Rusiyanın Kirov şəhərinin Perevoz kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, "Ford" markalı mikroavtobusla "VAZ" markalı mink avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Daxili İşlər Nazirliyinin regional şöbəsinin məlumatına görə, ölənlərdən biri 2004-cü il təvəllüdlü yeniyetmə olub. Xəstəxanaya yerləşdirilən Yaralılar arasında isə səkkiz yaşlı uşaq ağır xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə