Son bir ildə Polşa Avropa İttifaqına daxil ölkələr arasında ən çox yaşama icazəsi verən dövlətdir
Avropa İttifaqının Statistika Agentliyi olan Eurostatın hesabatında bildirilir ki, son bir ildə Polşa İttifaqa daxil ölkələr arasında ən çox yaşama icazəsi verib.
SİA xəbər verir ki, sözügedən dövrdə Polşa 635 min yaşama icazəsi verib. Bu da bütün Avropa İttifaqı üzrə ümumi verilmiş icazələrin 20 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, Almaniya 544 min icazə ilə ikinci yerdədir. Sonrakı yerlərdə Birləşmiş Krallıq, Fransa, İspaniya, İtaliya və İsveçdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB