Həştərxanda mikroavtobusun aşması 11 nəfərin yaralanması ilə nəticələnib
Rusiyanın Həştərxan vilayətində şənbə günü günortadan sonra "Gazelle" markalı 32c nömrəli sərnişin mikroavtobusu ilə "Mitsubishi Galant" markalı minik avtomobili toqquşub.
SİA “RİA Novostiy”ə istinadən xəbər verir ki, Dzerjinski küçəsində baş verən hadisə nəticəsində mikroavtobus aşıb.
Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə idarəsinin yaydığı xəbərdə bildirilib ki, qəzada 11 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB