ABŞ-ın dövlət katibi Mayk Pompeo paytaxt Havanadan başqa Kubaya gedən bütün uçuşların qadağan edildiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uçuş qadağası ilə əlaqədar “Twitter” hesabında açıqlama yayan ABŞ-ın dövlət katibi Havana limanından başqa digər limanlara edilən uçuşların dayandırılmasına göstəriş verdiyini söyləyib.
"Bu addım Venesuela prezidenti Nikolas Maduronu dəstəkləyən və öz xalqına təzyiq göstərən Kuba rejiminə iqtisadi qiymət vermək siyasətidir"- deyə, o bildirib.
Bununla yanaşı Havananın xaricindəki şəhərlərə uçuşlar həyata keçirən ABŞ-da fəaliyyət göstərən Amerikan Hava Yolları və JetBlue hava yolları indi yalnız Jose Marti hava limanından istifadə ediləcək.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB