3 mindən çox insan hava limanında gecələməyə məcbur oldu Yaponiyada

3 mindən çox insan hava limanında gecələməyə məcbur oldu Yaponiyada

Güclü yağışlar səbəbindən 3000-dən çox sərnişin Yaponiyanın Narita hava limanında gecələməyə məcbur olub. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hava şəraiti nəqliyyatın gedişatında fasilələr yaradıb. Hava limanına düşən bəzi sərnişinlər evlərinə gedə bilməyib, bəziləri isə qatarın gecikməsi səbəbindən hava limanına uçuş vaxtından sonra daxil olublar.

Hava şirkəti limanda qalan sərnişinləri örtük və qida ilə təmin edib. Səhər saatlarında hava şəraitinin yaxşılaşmasına görə, nəqliyyatın gedişatı da normaya düşüb.

Qeyd edək ki, Yaponiyanın Tibe ərazisində güclü yağışlar 9 nəfərin ölümünə səbəb olub, 2 nəfərin isə itkin düşdüyü bildirilir. İnsanların ölümünə səbəb torpaq sürüşməsi və daşqın olub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Yaponiyanın Tibe bölgəsində yarım gün ərzində yağıntı aylıq normanı üstələyib. 13 çay daşıb, 50 min sakinin təxliyyə edilməsi qərara alınıb. Bir çox sayda sürüşmə hadisənin baş verdiyi bildirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə