Tacikistan Dünya Bankının “Doing Business” reytinqində 20 pillə irəliləyib

Tacikistan Dünya Bankının “Doing Business” reytinqində 20 pillə irəliləyib

Tacikistan Dünya Bankının “Doing Business” reytinqində 20 pillə yüksələrək 106-cı yerdə qərarlaşıb.

SİA xəbər verir ki, ötən il Tacikistan 190 ölkə arasında 126-cı yerdə olub.

Bununla bağlı yayılan məlumatda bildirilir ki, Tacikistan hökuməti tərəfindən qəbul olunan, işgüzar aləmdə kritik məhdudiyyətlərin aradan qaldırılmasına yönəldilən qərar ilk bəhrəsini verir. Sənəddə qeyd edilir ki, ötən il ölkədə aparılan islahatlara görə Tacikistan biznes sahəsində 10 islahatçı dövlətdən biri olub. Ölkədə vahid, müasir təminat reyestri hesabına kredit verilməsi şərtləri yüngülləşdirilib, tez xarab olan məhsullar gömrükdən keçirilərkən tətbiq olunan qaydalar asanlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə