PKK/YPG Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdən çəkilir

PKK/YPG Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdən çəkilir

Rusiya Xarici İşlər Nazirliyi PKK/YPG terror təşkilatının Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdən çəkilməyə başladığını açıqlayıb.

Reuters agentliyinin verdiyi xəbərə görə Rusiya Xarici İşlər Nazirliyi bu gün terror təşkilatının Türkiyə-Suriya sərhədinə yaxın bölgələrdən geri çəkilməyə başladığını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 22 oktyabrda baş verən Soçi ziyarətində Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. Görüşdən sonra Soçi müqaviləsi imzalanıb. Müqavilə imzalandıqdan sonra Rusiyadan açıqlama gəlib. Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Verşinin Ankara-Moskva arasında yaranan razılaşmadan sonra terror təşkilatı PKK/YPG-nin Türkiyə-Suriya sərhəd bölgələrindən çəkilməyə başladığını bildirib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə