İngiltərənin Essex bölgəsində yük maşınında 39 nəfərin meyiti aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanı sarsıdan bu hadisə ilə əlaqədar yük maşınının sürücüsü 25 yaşlı Şimali İrlandiya vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.
Sürücü Mo Robinson kütləvi ölüm faktı ilə əlaqədar polis tərəfindən saxlanılıb.
Polislər bildirib ki, yük avtomobili İngiltərəyə oktyabrın 19-da Bolqarıstandan gəlib.
Meyiti tapılan şəxslərin miqrant olduğu və aralarında azyaşlıların da olduğu bildirilib.
Bolqarıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, yük maşını Varna şəhərində qeydiyyata alınıb və bir İrlandiya vətəndaşına məxsus şirkətə aiddir.
Meyitlər aşkarlandıqdan sonra əraziyə çoxlu polis və təcili yardım cəlb edilib.
Hadisə ilə əlaqədar geniş araşdırmalar davam edir.
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB