Böyük Britaniyanın baş naziri “Brexit”in uzadılması üçün Avropa Birliyinə müraciət edib

Böyük Britaniyanın baş naziri “Brexit”in uzadılması üçün Avropa Birliyinə müraciət edib

Böyük Britaniyanın baş naziri Boris Conson “Brexit”in uzadılması üçün Avropa Birliyinə müraciət edib.

SİA “BBC”-yə istinadən xəbər verir ki, Boris Conson AB-yə ünvanlanan məktuba öz imzasını qoymayıb. Bundan əlavə o, imzasını qoyduğu ikinci bir məktub da yollayıb. Conson məktubda “Brexit”in uzadılmasının bir səhv olacağına inandığını bildirib.

Avropa Şurasının prezidenti Donald Tusk detalları açıqlamasa da, özünün "Twitter" səhifəsində uzadılma tələbi ilə bağlı məktubu aldığını yazıb. O, AB liderləri ilə məsləhətləşəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə