Nikol Paşinyan Ayrapetyanı şəxsi səbəblərə görə vəzifəsindən azad edib və hətta bu baş nazir tərəfindən gizli saxlanılır. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet özünün etibarlı mənbələrinə istinadən yazır ki, Milli Təhlükəsizlik Xidmətinin rəisi Qriqori Ayrapetyanın sərbəst buraxılmasının Vitali Balasanyanın Əliyevlə Paşinyan arasındakı görüşdən xəbərdar olması ilə heç bir əlaqəsi yoxdur.
Mənbənin məlumatına görə, Nikol Paşinyan Ayrapetyanı şəxsi səbəblərə görə azad edib və bu səbəblər o qədər konfedensialdır ki, erməni baş nazir bu barədə heç vaxt heç nə deməyəcək.
Qəzetin Ermənistan hökumətinə çox yaxın mənbəsi Ayrapetyanın sərbəst buraxılmasının səbəbinin Paşinyanın yaxın ətrafından da gizli saxlanıldığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə