Efiopiyada torpaq sürüşməsi nəticəsində azı 22 nəfər ölüb

Efiopiyada torpaq sürüşməsi nəticəsində azı 22 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə “France Press” agentliyi yerli rəsmi dairələrə istinadən məlumat yayıb.

Məlumata görə, torpaq sürüşməsi bazar günü 10 saat yağan güclü yağışlar nəticəsində meydana gəlib. Hazırda xilasedicilər dağıntılar altından 17 nəfərin cəsədini çıxara bilib. Ölənlər arasında 6 uşaq və 9 qadın da var.

Bütün xəbərlər Facebook səhifəmizdə