Rusiya milyardlarla dollar itirə bilər

Rusiya milyardlarla dollar itirə bilər

BMT Təhlükəsizlik Şurasının Liviyaya tətbiq etdiyi silah embarqosundan Rusiya milyardlarla dollar itirə bilər. SİA-nın məlumatına görə, adını açıqlamayan rusiyalı hərbi səlahiyyətli Rusiyanın Liviyaya silah satışını dayandırmasından 4 milyard dollar həcmində vəsait itirəcəyini söyləyib.

Qeyd edək ki, Liviya 1980-ci illərdə keçmiş Sovetlər Birliyindən külli miqdarda silah satın alıb. Liviya keçən il yanvar ayında da Rusiya ilə 1,8 milyard dollarlıq müqaviə imzalayıb.

Müqavilədə Rusiyadan 6 ədəd "Yak-130" tipli hərbi təyyarənin alınması nəzərdə tutulub. Liviya və Rusiya arasında yeni silahların alınması ilə bağlı danışıqlar davam edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə