İranda ağır qəzada 6 nəfər öldü

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda "Pride" markalı avtomobil "Peugeot" markalı avtomobillə toqquşub. SİA-nın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. M.Xaledinin sözlərinə görə, hadisə səhər saat 6:00 radələrində qeydə alınıb. Xaledi əlavə edib ki, yol qəzasında 6 nəfər həlak olub, 3 nəfər yaralanıb. Təşkilat rəsmisi hadisə yerinə 3 təcili yadım maşınının göndərildiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə