Yaponiyada “Hagibis” tayfunu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Yaponiyada güclü “Hagibis” tayfunu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, son məlumatlara görə, azı 16 nəfər itkin düşüb, təxminən 125 nəfər yaralanıb. Eyni zamanda, bəzi Yaponiya xəbər agentlikləri 22 nəfərin itkin düşdüyünü, təxminən 150 nəfərin yaralandığını bildirir.

Yaponiyanın Baş naziri Abe tayfun qurbanlarının ailələrinə başsağlığı verib.

"Hagibis" tayfunu Yaponiyanın daha çox İzu yarımadasının ərazisindəki Honşu adasına ziyan vurub. Tayfunun mərkəzindəki təzyiq 945 hektopaskal, küləyin sürəti saniyədə 45 metrə çatır. Atmosfer təzyiqi isə 65-dir.

Paytaxt Tokioda küləyin sürəti saniyədə 41,5 metrə çatıb. Bu sürət yük maşınını çevirmək, ağacları və elektrik ötürücülərinin dirəklərini yıxmaq üçün kifayət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə