Burkina-Fasoda yaraqlıların hücumu nəticəsində azı 16 nəfər ölüb, iki nəfər ağır yaralanıb

Qərbi Afrika ölkəsi olan Burkina-Fasoda yaraqlıların hücumu nəticəsində azı 16 nəfər ölüb, iki nəfər ağır yaralanıb.

SİA-nın "gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, silahlı şəxslərin hücum etdiyi məscid Salmossidəki Qorom-Qor şəhəri yaxınlığında yerləşir.

Üç nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Daha iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hücuma görə məsuliyyəti hələ heç bir qrup öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə