Yaponiyanın Tokio, Tiba, Qumma, Sidzuoka Mie əyalətlərində güclü qasırğa səbəbindən 50 mindən çox insan təxliyə edilib, daha 4.2 milyon insanın təxliyə ediləsi haqqında göstəriş verilib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Hagibis" qasırğasının insanların həyatı üçün təhlükəli olduğu bildirilir.
Növbəti 4.2 milyon insan Tokio daxil olmaqla 10 əyalətdən təxliyə ediləcək.
"Hagibis" qasırğası cənub-şərqdən Yaponiya arxipelaqına keçir. Hazırda mərkəzdəki təzyiq 935 hektopaskaldır, mərkəzdə küləyin sürəti saniyədə 45 metr, arabir 65 metrə çatır. Meteoroloqlar bunu 1269 nəfərin ölməsinə səbəb olan "İda" qasırğasına bənzədirlər.
Təbiət hadisəsi paytaxt daxil olmaqla ölkənin Sakit okean sahillərinə təsir edəcək. Artıq Tokioda güclü yağış küləklə müşahidə olunur. Qasırğının bazar günün gecə saatlarına qədər Yaponiyanın paytaxtına çatacağı gözlənilir. Küləyin sürəti saniyədə 45 metrə (saatda 162 kilometr), atışları saniyədə 60 metrə (saatda 216 kilometr) çata bilər. Bu külək qüvvəsi yük maşınını çevirmək və ağaclac dirəklərini yıxmaq üçün kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB