Türk əsgərləri Suriyada həyata keçirilən “Sülh mənbəyi” hərbi əməliyyat zamanı kürd silahlı qüvvələrinin 342 üzvünü məhv edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə hərbi idarəsinin rəisi Hulusi Akar açıqlayıb.
Türkiyənin müdafiə naziri isə əməliyyat zamanı ilk ölən əsgər haqqında məlumat verib. O bildirib ki, Suriyanın şimalında “Sülh mənbəyi” əməliyyatı zamanı ölən ilk əsgər atıcı Əhməd Topçu olub.
Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimal-şərqində "Sülh mənbəyi" adlı hərbi əməliyyat keçirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın başlandığını şəxsən elan edib. Onun sözlərinə görə, bu, Türkiyədə qadağan edilən Kürdüstan İşçi Partiyası və İslam Dövləti terror qruplaşmasının (Rusiya Federasiyasında fəaliyyətinə qadağa qoyulan bir təşkilat) yaraqlılarına qarşı yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB