İranın tankerinə edilən hücumdan sonra neftin qiymətində artım olub
Bu gün sübh İran neft gəmisinə hücumdan sonra qara qızılın qiymətində 2 faiz artım müşahidə edilib. SİA bu barədə Əl-Cəzirəyə istinadla xəbər verir.
Telekanal İranın gəmisinin vurulmasından sonra dünya neft bazarında xüsusilə də brent neftinin satış qiymətində iki faiz artımın olduğunu bildirib.
Qeyd edək ki, İranın bu gün hücuma məruz qalan neft gəmisində 130 min barel qara qızılın olduğu deyilib. İran XİN neftin suya sızdığını deyib və ekoloji faciə ilə bağlı hücum edənlərin məsuliyyət daşıdığını bəyan edib.
Xatırladaq ki, neft gəmisi bu gün sübh Qırmızı dənizdə Səudiyyə Ərəbistanı sahilinin 90 mil məsafəsində hücuma məruz qalıb
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB