Berlində Türkiyə səfirliyinin maşınına hücum edilib. Bu barədə diplomatik mənbələr məlumat yayıb. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 11-nə keçən gecə baş verib.
Naməlum şəxs və ya şəxslər Türkiyə diplomatik nümayəndəliyinin dayanacaqda park edilmiş avtomobilini yandırıblar, nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb.
Səfirlik, diplomatik nümayəndəliyin ərazisində təhlükəsizlik tədbirlərinin artırılması və cinayətdə iştirak edənlərin məsuliyyətə cəlb edilməsi tələbi ilə Almaniya mühafizə orqanlarına müraciət edib.
Alman polisi hadisəni araşdırır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB