Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatı zamanı PKK/PYD terror təşkilatlarının nəzarətində olan Tel Rıfat şəhərindən türk hərbçilərinin olduğu Azez şəhərinə havadan hücum edilib. SİA xəbər verir ki, hücum nəticəsində bir əsgər şəhid olub, beşi yaralanıb. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən son məlumata görə, zərərsizləşdirilən terrorçuların sayı 277-ni ötüb.
Antiterror əməliyyatı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB