Fransanın tərkibinə daxil olan Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı referendum 2020-ci il avqustun 30-da və ya sentyabrın 6-da keçirilə bilər. SİA “lemonde.fr” saytına istinadla bildirir ki, bu barədə qərar Fransanın Baş Naziri Eduard Filipin Kaledoniyadan olan müstəqillik tərəfdarları liderləri ilə görüşündə qəbul edilib.
Referendumun dəqiq tarixi iki həftə ərzində açıqlanacaq.
Qeyd edək ki, Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ilk referendum 2018-ci ilin noyabrında keçirilib, lakin seçicilərin lazımi səsini qazanmadığı üçün uğursuz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB