Səudiyyə əməliyyatımızı tənqid etməkdənsə güzgüdə özünə baxsın Ərdoğan
"Səudiyyə Ərəbistanı Türkiyənin "Barış pınarı" əməliyyatını tənqid etməkdənsə güzgüdə özünə baxsın. Yəməni bu vəziyyətə kim qoydu?!". SİA Anadolu-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan son çıxışında deyib.
Türkiyə prezidenti "Barış pınarı" əməliyyatını pisləyən bir sıra dövlətləri o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Misir dövlətini tənqid edib.
"Səudiyyə Ərəbistanı bizi tənqid etməkdənsə güzgüyə baxsın. Yəməni bu hala kim salıb?! Misir dövlət başçısı, bu kimi şəxsin danışmağa heç bir haqqı yoxdur. O, öz ölkəsində demokratiyanı qətlə yetirən bir şəxsdir. Adla deyirəm; Elə Səudiyyə Ərəbistanından başlayaq. Onları düzgün olmağa çağırıram. Yəməni bu hala kim salıb?! İndi Yəməndə vəziyyət necədir?! İndi Yəməndə minlərlə insan acından həlak olmurmu?! Birinci növbədə siz gərək bunun hesabını verəsiz!" deyə Türkiyə prezidenti Yəməndə müharibə aparan Səudiyyə Ərəbistanı və onunla müttəfiq ölkələri tənqid atəşinə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB