Fransa hökumətində dəyişikliklər baş verib. SİA-nın xəbərinə görə, ölkənin xarici işlər naziri xanım Mişel Alyo-Mari fevralın 27-də tutduğu vəzifədən istefa verdiyini bəyan edib. Nazir kreslosunu cəmi üç ay tutan M.Alyo-Mari gözlənilməz qərarı barədə heç bir açıqlama verməsə də, bəzi siyasətçilər bunun Tunis, Misir və Liviyada baş vermiş hadisələrlə, eyniz zamanda, Fransanın xarici siyasətində yaranmış böhranla əlaqədar olduğunu bildiriblər.
Ölkənin siyasi həyatında mühüm rol oynayan müdafiə naziri Alən Jüppe xairci işlər naziri təyin edilib. Onun yerinə isə Jerar Longe təyinat alıb. Fransanın daxili işlər naziri Bris Hortfö Yelisey sarayında xüsui müşavir vəzifəsinə gətirilimiş, C. Gekni isə daxili işlər naziri təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə