Türkiyənin Suriya sərhədinə yaxın rayonlarında yerləşən məktəblərdə iki günlük tətil elan edilib

Türkiyənin Şanlıurfa şəhərinin Suriya sərhədinə yaxın dörd rayonunda yerləşən məktəblərdə iki günlük tətil elan edilib.

SİA xəbər verir ki, tətil Şanlıurfanın Akçakale, Ceylanpınar və Suruç rayonlarında yerləşən bütün məktəblərə, Birecik rayonunun isə sərhədə daha yaxın olan təhsil ocaqlarına şamil olunub.

Qeyd edək ki, təhsilə ara verilən məktəblər Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində başladılan “Barış pınarı” antiterror əməliyyatının aparıldığı bölgəyə yaxın ərazilərdə yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə