150 min dollar rüşvət alan erməni məmurları ilə bağlı cinayət işi açılıb

150 min dollar rüşvət alan erməni məmurları ilə bağlı cinayət işi açılıb
Ermənistanda bir neçə yüksək rütbəli və vəzifəli polis əməkdaşları ilə bağlı cinayət işi açılıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, söhbət xüsusilə Yerevan polisinin rəisi Nersik Nazaryan, həmçinin digər polis polkovniklərindən gedir. Onlar 150 min dollar həcmində rüşvət almaqda, insan ölümü faktını yalandan Arbkir inzibati dairəsinin sabiq rəhbəri Ovannes Şahinyanın qohumunun üstünə yıxmaqda təqsirləndirilirlər.

Bununla əlaqədar olaraq, Ermənistanın Cinayət Axtarış Baş İdarəsinin rəisi, polis polkovniki Ovannes Tamamyanın vəzifədən çıxarıldığı da bildirilir. Hakimiyyətin yaxın günlərdə bu məsələ ətrafında "korrupsiya ilə mübarizə şousu" yaradacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə