ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yüksək səviyyəli hərbi rəsmilərlə görüşdən əvvəl Suriyanın qərarı ilə bağlı jurnalistlərə açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tramp deyib: “İnsanları evlərinə qaytarmalıyıq, biz onlarla mübarizə aparmırıq, orada sadəcə polislik edirik”.
"Ərdoğanın (Suriyada) hamıya hörmətlə yanaşacağına ümid edirəm" deyə Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aralarında olan telefon danışığından danışıb.
Ağ Evdən həmçinin o da bildirilib ki, Türkiyə yaxın zamanda Suriyanın şimalına uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri, bu əməliyyatı dəstəkləməyəcək.
Qeyd edək ki, Tramp “twitter” hesabında yazıb: "Kürdlər bizimlə döyüşdü, ancaq bunu etmələri üçün onlara çox pul ödəndi və təchizat verildi. Kürdlər illərdir Türkiyəyə qarşı döyüşürlər. Bu savaşa 3 il ərzində maneə olmağa çalışdım, ancaq bizim üçün sonu gəlməz müharibələrdən uzaqlaşıb əsgərlərimizi evə gətirməyin vaxtı gəlib çatıb".
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB