Türkiyənin vitse-prezidenti Fuad Oqtay açıqlama yayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vitse-prezident açıqlamasında deyib: “Beynəlxalq ictimaiyyətə mesajımız aydındır. Türkiyə təhdidlərlə hərəkət edəcək bir ölkə deyil. Təhlükəsizlik söz mövzusudursa, Türkiyə öz yolunu təyin edər”.
Fuad Oqtay həmçinin bildirib ki, Türkiyə həm cənub sərhədlərini təhdid edən terror təşkilatlarına həddini bildirəcək, həm də Türkiyədə olan Suriyalı qaçqınların könüllü olaraq ölkələrinə dönmələrini təmin edəcək.
Leyla Qəniyeva
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB