Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır

Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında yeni əməliyyat üçün hazırlıqlarını başa çatdırıb. SİA-nın RİA "Novosti"yə istinadən xəbərə görə, bundan əvvəl KİV-lər Türkiyə aviasiyasının Suriyanın Haseke əyalətindəki PYD/YPG bölmələrinin bazasına zərbələr endirdiyini barədə məlumat verib. "Suriyalıların təhlükəsizliyini təmin etmək üçün etibarlı bölgə və dəhlizin yaradılması zəruridir. Bu, bölgəmizin sabitliyinə və əmin-amanlığına töhfə verəcək.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı heç vaxt sərhədlərimizdə terror dəhlizinin yaradılmasına imkan verməyəcək" deyə nazirlik əlavə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə