İran İraq vətəndaşlarına viza verilməsini dayandırıb

İran İraq vətəndaşlarına viza verilməsini dayandırıb

İranın Bağdaddakı səfirliyi müvəqqəti olaraq İraq vətəndaşlarına viza verilməsini dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın Bağdaddakı səfirliyindən məlumat verilib.

“İraqın bütün vətəndaşları oktyabrın 24-dən dekabrın 27-dək İranın bu ölkədəki nümayəndəliklərinin vizasını almadan səfər edə bilər”, - deyə səfirlik qeyd edib.

İraq vətəndaşlarının İrana səfər etməsi üçün viza verilməsinin dayandırılmasına səbəb olaraq Bağdad və bir neçə şəhərdə keçirilən etiraz aksiyası göstərilib.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyası keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə