İran rusiyalı jurnalistin saxlanılma səbəbinin cəsusluq deyil, viza ilə bağlı olduğunu bildirib. SİA-nın verdiyi xəbərə görə, bu barədə İranın Moskvadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
İran səfirliyi bildirib ki, oktyabrın ikisində saxlanılan qadın jurnalist Yuliya Yuzik cəsusluq deyil, viza ilə bağlı saxlanılıb.
Qeyd edək ki, Rusiya XİN iki gün öncə səfir Mehdi Sənayini Xarici İşlər Nazirliyinin binasına çağıraraq, İranda saxlanılan jurnalist Yuliy Yuzikla bağlı açıqlama istəyib.
Bundan öncə xarici KİV-lər rusiyalı jurnalist Yuliy Yuzikin İranda İsrailə cəsusluqda ittihamlandırılaraq saxlanıldığını bildiriblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB