ABŞ Liviyaya yeni sanksiyalar tətbiq edəcək

ABŞ Liviyaya yeni sanksiyalar tətbiq edəcək

ABŞ Liviya hakimiyyətinin zorakılığına cavab olaraq bu ölkəyə yeni sanksiyaların tətbiqinə hazırlaşır. SİA-nın məlumatına görə, Ağ Evin yeni sözçüsü Jay Karney keçirdiyi mətbuat konfransında sanksiyalarla bağlı planın tamamlanmaqda olduğunu bildirib. O, həmçinin ABŞ-ın avropalı müttəfiqlərlə yeni sanksiyalar və həyata keçiriləcək digər tədbirlərlə bağlı danışıqları davam etdirdiyini diqqətə çatdırıb.

 

J.Karney ABŞ prezidenti Barak Obamanın fevralın 28-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla görüşəcəyini söyləyib. Ağ Ev sözçüsü Liviya lideri Muammer Qəddafinin xalqının etibarını itirdiyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə