Tunisdə parlament seçkiləri keçirilib

Tunisdə parlament seçkiləri keçirilib

Ötən gün Tunisdə keçirilən parlament seçkilərində səsverənlərin yalnız 41 fazi iştirak edib. SİA Əlcəzirəyə istinadla xəbər verir ki, ötən gün Tunisdə parlament seçkiləri keçirilib.

Tunisin Müstəqil Seçki Komissiyası səsverməyə səlahiyyəti çatanların yalnız 41 faizinin seçkilərə qatıldığını bəyan edib. İlkin və qeyri rəsmi məlumatlara görə islamçıların təmsil olunduğu "ən-Nəhda" hərəkatı parlamentin 40 kürsüsünü, "Qəlb Tunis" 33, "əl-Kərramə" koalisiyası isə 18 yeri əldə etməklə sıra ilə bir, iki və üçüncü yerdə qərarlaşırlar.

Parlament seçkilərinin nəticələri cari həftə elan ediləcək. Qeyd edək ki, Tunisdə ötən ay keçirilən prezident seçkiləri ikinci tura qalıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə