Yaponiya sahillərində KXDR və yapon gəmiləri toqquşub. SİA-nın verdiyi xəbərə görə, bu barədə NHKtelekanalı məlumat yayıb. Məlumata görə, hadisə Noto yarımadasından şimalda qeydə alınıb. Toqquşma zamanı Koreya Xalq Demokratik Respublikasının balıqçı gəmisi batmağa başlayıb. Bu zaman təxminən 20 nəfər dənizə düşüb. Yaponiyanın Sahil Mühafizəsi əraziyə patrul gəmisi göndərib Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Qeyd edək ki, Yaponiya və Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər mövcud deyil.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB